Nəsimi rayonunda Novruz şənliyi

Bərəkət və xeyirxahlıq təcəssümü, təbiətin oyanışının simvolu olan Novruz bayramı ölkəmizin hər bir guşəsində olduğu kimi, Nəsimi rayonunda da böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir və bu münasibətlə yerlərdə silsilə tədbirlər keçirilir.
S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda böyük bayram şənliyi keçirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bu gözəl bayram münasibətilə təbrik edərək xoş arzularını bildirdi. O dedi ki, böyük inkişaf yolu ilə irəliləyən Azərbaycan bu il də Novruz bayramını ruh yüksəkliyi və sevinclə qeyd edir. Xalqımıza məxsus bütün müsbət keyfiyyətləri, mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz əsrlər boyu qeyd edilir və o əbədiyaşar bayramdır.
Şənlik böyük konsert proqramı ilə davam etdi. Rayonun ümumtəhsil və musiqi məktəbləri şagirdlərinin, H.Sarabski adına Mədəniyyət evi kollektivi üzvlərinin ifaları hamını riqqətə gətirdi. Gözəl rəqslər və nəğmələr bayram əhval-ruhiyyəsi yaradırdı. Rayonun ümumtəhsil məktəblərinin hazırladıqları bayram xonçaları əsl Novruz ovqatı yaradırdı. El ağsaqqalı Dədə Qorqud hamıya xeyir-dua dilədi, ruzi-bərəkət arzuladı. Novruzun simvolları Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradırdı. Bütün bayram iştirakçıları paxlava, qoğal, şəkərburaya qonaq edildi. Burada əsl Novruz şənliyi, el bayramı keçirilirdi.
Bayram münasibətilə rayonda yaşayan şəhid və aztəminatlı ailələrə bayram sovqatları verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında