Biləsuvar Peşə Liseyinin direktorunun cinayət əməlləri ifşa edilmişdir

Biləsuvar rayon sakini Xudiyeva Əsli Savalan qızının Təhsil Nazirliyinin Biləsuvar Peşə Liseyində təhsil alan tələbələrə dövlət tərəfindən ayrılmış təqaüdlərin liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirildiyinə görə, müəyyən edilmişdir ki, liseyin direktoru Teymur Poladov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə təhsil alan 335 tələbəyə hər ay dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş təqaüdü tələbələrin adlarına rəsmiləşdirib qanunsuz olaraq özündə saxladığı bank kartlarından istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd "Viza elektron" plastik kartları və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilərək götürülmüşdür. Bundan başqa, Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "Viza elektron" plastik kartları aşkar edilərək götürülmüşdür. Fakta görə Teymur Poladov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmış və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında