"Oskar Qrup" MMC-nin direktoru cinayət başında yaxalanmışdır

Bakı şəhər sakini Amid Hacıyevin "Oskar Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata əsasən, M.Bayramov A.Hacıyevə "Bank Standard" Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50.000 manat pulun 10.000 manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanmışdır. Onun Bakı şəhərində yaşadığı mənzilindən A.Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülmüşdür.Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır. M.Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda M.Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə müvafiq araşdırmalar aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında