Xəzər rayonunun Zirə qəsəbəsində istixana kompleksinin açılışı olmuşdur

Martın 15-də Xəzər rayonunun Zirə qəsəbəsində istixana kompleksinin açılışı olmuşdur. Açılışda kənd təsərrüfatı naziri İsmət Abasov iştirak etmişdir.
Nazir demişdir: "Bu cür istixanaların yaradılması respublikamız üçün çox vacibdir. Bunların istifadəyə verilməsi iş adamları üçün əlverişli şərait yaradır. Ümumilikdə, istixanaların istifadəyə verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək edəcək, həmçinin istehsal edilən tərəvəz məhsulları xarici ölkələrə də ixrac olunacaqdır. İndiyədək ölkədə 9 istixana kompleksi istifadəyə verilmişdir və bu işlər davam etdirilir".
Nazir diqqətə çatdırmışdır ki, bu istixanaların tikilməsi üçün alınmış kreditin 10 faizi ilkin mərhələdə ödənilir. Qalan hissəsi isə 10 il müddətinə qaytarılır.
Vurğulanmışdır ki, Zirə qəsəbəsindəki istixana kompleksi müasir standartlara cavab verir. Bu istixananın tikilməsi üçün 3 milyon manatdan çox vəsait xərclənmişdir ki, bunun da 300 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit kimi verilmişdir. 2 hektar ərazidən illik 800 ton məhsulun istehsal edilməsi proqnozlaşdırılır. Toxumlar Hollandiyadan gətirilmişdir.
Daha sonra nazir İsmət Abasov istixana kompleksindəki şəraitlə yaxından tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında