Azərbaycanda müsbət nəticələr verən real gender siyasəti formalaşmışdır

Martın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) ilə birlikdə "Azərbaycanda qadın hüquqları və gender stereotipləri" mövzusunda "dəyirmi masa" keçirmişdir. 
Tədbirdə AQUPDK-in sədri Hicran Hüseynova Azərbaycanda qadınların problemlərinin həllini nəzərdə tutan bir sıra Dövlət Proqramlarının qəbul olunduğunu, ölkədə müsbət nəticələr verən real gender siyasətinin formalaşdığını vurğulamışdır.
Komitə sədri bildirmişdir ki, ötən illərin mühüm sənədlərindən biri olan "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqında" Azərbaycan Respublikasının Qanunu qadınlarımızın həyatında mühüm bir hadisəyə çevrilmişdir. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi məsələlərinə daim diqqətlə yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və fəal dəstəyi ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi qadınların hüquqlarının pozulması hallarına qarşı mübarizədə səmərəli hüquqi mexanizm formalaşdırmışdır.
Gender büdcələşmə sisteminin yaradılmasında böyük uğur qazanıldığını deyən H.Hüseynova bildirmişdir ki, qadınların seçkili orqanlarda iştirakının genişləndirilməsi sahəsində müsbət təcrübə əldə olunmuşdur. Ümumilikdə Milli Məclisin 125 deputatından 20-si qadındır. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatmışdır.
ABA CEELİ-nin ölkə üzrə direktoru Robert Stir təmsil etdiyi təşkilatın AQUPDK ilə birgə həyata keçirdiyi bir sıra layihələr çərçivəsində qadın hüquqlarının müdafiəsi istiqamətində iş görüldüyünü diqqətə çatdırmış, Azərbaycanda bu sahədə aparılan siyasətin nəticəsində mühüm nailiyyətlər əldə olunduğunu qeyd etmişdir.
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, qadın hüquqlarının müdafiəsi sahəsində də bir sıra mütərəqqi müddəaları özündə əks etdirir. Konstitusiyada qadınlara qarşı bütün zorakılıq hallarının qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Təcrübə göstərir ki, qadınlara qarşı zorakılığın geniş yayılmasının səbəblərindən biri də onların məruz qaldıqları zorakılıqla bağlı məlumat verməmələrindən irəli gəlir. Konstitusiyanın və onun əsasında qəbul edilmiş qanunvericiliyin qadın hüquqları sahəsində verdiyi təminatlardan səmərəli yararlanmanın mühüm vasitələrindən biri qadınların maarifləndirilməsi, onların öz hüquqlarını daha yaxşı bilməsidir.
Tədbirdə " Azərbaycan qanunvericiliyində və beynəlxalq sənədlərdə qadın hüquqları" mövzusunda təqdimat olmuşdur.
Dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilmişdir ki, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində yeni mexanizmlər işlənib hazırlanmış, bu istiqamətdə qanunvericilik aktları həyata keçirilmiş, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülmüşdür.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında