Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olmuşlar

Martın 14-də Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçısı olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri ilə görüşmüşlər. 
Gəncləri səmimi salamlayan Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov parlamentin fəaliyyəti, komitələrin, deputatların, dostluq qruplarının gördüyü işlər, diaspor təşkilatları ilə əlaqələr barədə ətraflı məlumat vermişdir. İşçi qrupunun rəhbəri ölkə Prezidentinin Azərbaycan ilə Ukrayna arasındakı münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır.
E.İbrahimov Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar azərbaycanlı gənclərin Ukraynada keçirdikləri tədbirləri çox yüksək dəyərləndirmişdir. Birlik üzvlərinin gələcəkdə Ukraynanın siyasi və mədəni həyatında böyük rola malik olacaqlarına ümidvar olduğunu bildirmiş, tövsiyələrini vermişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov belə bir görüşün baş tutmasına göstərdiyi köməyə görə Milli Məclisin sədri Oqtay Əsədova dərin minnətdarlığını ifadə edərək rəhbərlik etdiyi təşkilat barədə geniş məlumat vermiş, birliyin şöbələrinin Krım vilayətində, Nikolayev və Odessa şəhərlərində də fəaliyyət göstərdiyini nəzərə çatdırmışdır.
A.Tahirov ulu öndər Heydər Əliyevlə xaricdə təhsil alan azərbaycanlı tələbələrin çoxsaylı görüşlərini xatırlamış və birliyin fəaliyyət prinsiplərinin dahi liderin dəyərli tövsiyələrinə söykəndiyini vurğulamışdır.
Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlamış, bu məsələdə gənclərə böyük ümidlər bəsləndiyini diqqətə çatdırmışlar.
Söhbətdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər təşkilatlarının rolu, xaricdə təhsil, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında