Vətəndaş müraciətlərinin yerində araşdırılması davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə araşdırılması tədbirləri davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, martın 14-də Şamaxı rayonunda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov həmin rayon və Ağsu rayonu üzrə müraciət edən daha bir qrup vətəndaş ilə görüşmüşdür. Görüşdə vətəndaşların müraciətləri yerində və onların şəxsən iştirakı ilə araşdırılmışdır. Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilmişdir.
N.Məmmədov vətəndaşların haqlı narazılığına səbəb olan halların ciddi araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbir görülməsi barədə tapşırıq vermişdir.
Görüşdə yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilmiş və onların gələcəkdə fəal sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb edilməsi qərara alınmışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında