"SOCAR Tibbi Sığorta Proqramı"na xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başladı

ARDNŞ, "Paşa Sığorta" şirkəti və türk məsləhətçilərinin iştirakı ilə "SOCAR Medical Insurance Sığorta Proqramı "çərçivəsində sığortalılara xidmət göstərilməsi üçün yaradılmış Assistans Mərkəzinin təqdimatı keçirildi. Türkiyə təcrübəsi əsasında ARDNŞ və "Paşa Sığorta" şirkətlərinin təşəbbüsü ilə yaradılmış mərkəz neftçilərə xidmət göstərilməsini mühüm dərəcədə asanlaşdırır və neftçilərin sığortaçı və tibb müəssisələri ilə ünsiyyətini rahatlaşdıraraq səmərəliliyi artırır.
Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ və "Paşa Sığorta" şirkəti Türkiyə mütəxəssislərinin iştirakı ilə müstəsna olaraq ARDNŞ əməkdaşlarının maraqlarına xidmət göstərəcək ilk müstəqil və ixtisaslaşmış Assistans Mərkəzini təsis etdi. Assistans Mərkəzi paytaxtın mərkəzində Şıxəli Qurbanov küçəsində yerləşir və üç bölmədən ibarətdir - sığortaçılarla iş üzrə qəbul otağı, Call-center (Qaynar Xətt) və məlumat bazasının idarəetmə mərkəzi. Təqdimat zamanı çıxış edən ARDNŞ-in risk menecment şöbəsinin müdiri Vüqar Ələkbərov, "BS Management Consulting (Türkiyə) şirkətinin baş direktoru Ahmet Oktay "Paşa Sığorta"şirkəti İdarə Heyətinin sədri Nofəl Rzayev, Assistans Mərkəzinin direktoru Ehtiram Quliyev və digərləri Azərbaycan neftçilərinin yeni tibbi xidmət modelinin ən əsas elementi olaraq assistans xidməti anlayışının Azərbaycan sığorta sektoruna təqdim edilməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğuladılar.
İndi neftçilər öz problemləri ilə poliklinikalardan və ya xəstəxanalardan birinə növbəyə durmağa göndərilmir, şəxsən, yaxud telefon vasitəsilə Assistans Mərkəzinə müraciət edirlər. Assistans Mərkəzi müştərinin şikayətinə diqqətlə qulaq asaraq konkret vəziyyətin həlli üçün münasib olan məsləhətləri verir. Assistans Mərkəzinə müraciət etməklə artıq neftçilər dövlət, özəl xəstəxanalar və klinikaların təsdiq edilmiş siyahısından rahat şəkildə diaqnostika və müalicə üçün həkim seçə bilərlər.
Digər bir mühüm məqam ondan ibarətdir ki, Assistans Mərkəzinə müraciət edən andan müalicə bitənə qədər sığortalı işçi sığorta şirkətinin nəzarəti altındadır, yəni tibbi xidmətdə hər hansı nöqsan və ya çətinlik yaranan hallarda neft işçisinə operativ dəstək göstərilir - deyə - "Paşa Sığorta" şirkətinin Tibbi Sığorta Departametinin müdiri Rəna Məmmədova təqdimat zamanı qeyd etdi.
"SOCAR Tibbi Sığorta Proqramı"na ARDNŞ-in öz işçilərinin dövlət tibbi xidmətindən korporativ tibbi xidmətə keçirilməsi barədə qəbul etdiyi qərar əsasında 2012-ci ilin yanvar ayında başlanmışdır. "SOCAR Tibbi Sığorta Proqramı"nın baş icraçısı "Paşa Sığorta" şirkətidir və hazırda bu proqram çərçivəsində ARDNŞ-in 70 000 əməkdaşına xidmət göstərməkdədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında