Sülh və qarşılıqlı anlaşma naminə

Bu gun Qazaxıstan Respublikası dialoq və tolerantlıq məkanı kimi diqqət mərkəzindədir. Ölkədə 40-dan artıq məzhəbin, həmçinin 130-dan çox millət və etnik qrupun nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da təəccüblü deyil, çünki Qazaxıstan tarixən Şərq və Qərbin müxtəlif dinlərinin, mədəniyyət və sivizasiyalarının görüş və dialoq yeri olmuşdur. Qazaxların mədəni-etnik ənənələrindən miras qalmış tolerantlıq isə hazırkı dövrdə və gələcəkdə vətəndaş sülhünü qoruyub saxlamaq üçün yaxşı əsasdır.
Dövlətlə dini birliklərin qarşılıqlı münasibətlərinin Qazaxıstan modeli ilk növbədə möminlərin hüquq və azadlıqlarına hörmət prinsipinə, ictimai və dini maraqların tarazlaşdırılmasına, tərəfdaşlıq və qarşılıqlı anlaşmaya əsaslanır. Təsadüfi deyil ki, bu il respublika Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə dünya dini liderlərinin sayca IV qurultayı start götürür. Qurultayda 45 ölkədən 70 nümayəndə heyətinin iştirakı gözlənilir. Dövlət başçısının fikrincə, dini liderlər arasında dialoq qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlər açır, dövrümüzün zorakılıq, fanatizm, ekstremizm və terrorizm kimi mənfi təzahürlərinin qarşısını almağa kömək edir.
Qurultay çərçivəsində dörd aktual mövzunun nəzərdən keçirilməsi planlaşdırılır:
1) "Davamlı inkişafa nail olmqda dini liderlərin rolu". Bu mövzu onunla şərtlənir ki, dövlətlərin simasında dünyanın indiyədək uzunmüddətli və strateji cəhətdən düzgün fəaliyyət və inkişaf proqramına malik olmaması dini liderləri narahat etməyə bilməz;
2) "Din və mədəni müxtəliflik". Xalqların, onların din və mədəniyyətlərinin özünəməxsusluğu və inkişafı, mədəni müxtəlifliyin ideologiyası və s. məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır;
3) "Din və qadın: mənəvi dəyərlər və müasir çağırışlar". Bu mövzunu dini liderlərin III qurultayının iştirakçıları tövsiyə etmişdilər. Qadının ailə və cəmiyyətdə rolu, universal dəyərlər kontekstində qadın hüquqları, millətin və planetin gələcəyinə görə qadının məsuliyyəti və s. məsələlərin müzakirəsi nəzərdə tutulur;
4) "Din və gənclik" blokunda müasir gəncliyin dəyər ehtiyacları probleminə toxunulacaq.
Müasir Qazaxıstan müxtəlif mədəniyyət və sivilizasiyaların dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malikdir. Bu da millətlərarası və dinlərarası münasibətlərdə dözümlülük ab-havasının yaranmasını şərtləndirir. Məhz buna görə respublika Prezidenti N.Nazarbayev vurğulayır ki, Qazaxıstanın etnik-mədəni və dini müxtəlifliyi bütün cəmiyyətin böyük sərvətidir və qazaxıstanlıların digər xalqlarla mədəni mübadiləsinə şərait yaradır.
Ümid etmək olar ki, dini liderlərin əvvəlki qurultayları kimi, qarşıdan gələn IV qurultay da yüksək təşkilati səviyyədə keçiriləcək, dünyanın nüfuzlu din xadimlərinin sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq çağırışları yenidən Qazaxıstan torpağında səslənəcək və dünyanın hər yerində eşidiləcək.

{nl}

Müzəffər HACIYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında