Bakının mərkəzində Yeni Park kompleksinin tikintisinə başlanmışdır

Bakının mərkəzində Yeni Park kompleksinin tikintisi işlərinə başlanmışdır. "Trend"-in məlumatına görə, bu haqda bazar ertəsi jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat vermişdir.
Onun sözlərinə görə, Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər (Füzuli və Mirzəağa Əliyev küçələri arasındakı ərazi) olan sahədə 4500 avtomobil tutumlu 2 mərtəbəli yeraltı avtomobil dayanacağının və üzərində Yeni Park kompleksinin tikinti işlərinə başlanmışdır.
H.Abutalıbov bildirmişdir ki, həmin sahədəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sökülmüş ərazilərdən əhalinin köçürülməsi prosesi gələn ayın sonuna qədər başa çatdırılacaq.
Tikinti işləri 2013-cü ildə tam başa çatdırılacaq.
Yenidənqurma işləri aparılan ərazidən keçən kommunikasiya xətləri dəyişdiriləcək və yenidən çəkiləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında