Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya regionunda keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadığı barədə bəyanat yaymışdır

Martın 13-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 2012-ci il martın 10-da Gürcüstanın Abxaziya regionunda keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır. 
XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda 2012-ci il martın 10-da keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında