Azərbaycan ilə Türkiyə ortaq din, dil və mədəniyyətə mənsub qardaş ölkələrdir

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti martın 13-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Oqtay Əsədov nümayəndə heyətini salamlayaraq demişdir ki, "Türk Ocaqları" dərnəyinin 100 illik yubileyinin Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilməsi hər birimizdə xoş təəssürat yaratmışdır. Bu cür tədbirlərin keçirilməsi, qarşılıqlı səfərlər türkdilli ölkələrin birliyini daha da möhkəmləndirir.
Türkdilli dövlətlərin tarixinə toxunan O.Əsədov demişdir: "Tarixən biz bir neçə dəfə parçalanmaya məruz qalmışıq. Həm geosiyasi mövqeyinə görə, həm də sahib olduğu təbii sərvətlər baxımından türkdilli ölkələr bu gün də dünyanın diqqət mərkəzindədir. Bu baxımdan türkdilli ölkələr səylərini birləşdirməli, eyni mövqedən çıxış etməlidirlər. Hesab edirəm ki, "Türk Ocaqları" dərnəyinin 100 illik yubileyinin də əsas məqsədi bu olmalıdır".
Bəkir Bozdağ demişdir ki, Azərbaycana səfərin məqsədi türkdilli ocaqların birliyini daha da möhkəmləndirmək və genişləndirilməkdir.
B.Bozdağ müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladaraq qeyd etmişdir ki, ulu öndərin söylədiyi bu dərin mənalı ifadə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə tam aydınlıq gətirir. Biz ortaq din, dil və mədəniyyətə mənsub qardaş ölkələrik. Azərbaycanın uğuru Türkiyənin uğuru, Türkiyənin qələbəsi Azərbaycanın qələbəsidir. 20 ildir ki, Azərbaycan müstəqilliyini bərpa etmişdir. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Biz qardaş və dost Azərbaycanın bu uğuruna çox sevinirik.
Beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolundan danışan B.Bozdağ Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, həm bu qurum çərçivəsində, həm də qanunverici orqanlardakı dostluq qruplarının səmərəli əməkdaşlığı sayəsində birgə məsələlərin həllində daha yaxşı nəticələr əldə olunacağına ümidvar olduğunu bildirmişdir. Fransa parlamentinin qəbul etdiyi soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməməsi üçün Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında