Naxçıvan Gənclik Mərkəzində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi açılmışdır

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları Gənclik Mərkəzinin foyesində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgiyə baxmışlar.
Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciəti, Prezident İlham Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətləri sərgidə öz əksini tapmışdır.
"31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür", "XIX-XX əsrlərdə türklərə qarşı erməni vəhşiliklərinə aid faktlar", "Erməni terroru", "Vandalizm" başlıqlı guşələrdə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, müxtəlif ölkələrdə həyata keçirdikləri terror aktları, erməni terror təşkilatlarının fəaliyyəti, XX əsrin 90-cı illərində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş soyqırımı və vandalizm aktları arxiv sənədlərində, fotoşəkillərdə öz əksini tapmışdır.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi: azərbaycanlıların soyqırımı" sənədli filmi nümayiş etdirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında