Yeni Azərbaycan Partiyası ilə İtaliyanın "Popolo della Liberta" partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.
YAP mətbuat xidmətindən bildirmişlər ki, səfər İtaliyanın keçmiş baş naziri, "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoninin dəvəti ilə həyata keçirilir.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları, YAP xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan - İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli daxildirlər.
Əli Əhmədov martın 12-də Milan şəhərində, "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, Yeni Azərbaycan Partiyası ilə "Popolo della Liberta" partiyası arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında