Tədbirlər vaxtında icra edilir

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş "Bakı" elektrik stansiyasında cari ilin ötən 2 ayı ərzində aqreqatlara planlı, istismar həddinə uyğun texniki xidmət göstərilmişdir. 
Stansiya işə başladığı gündən dispetçer qrafikinə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir və 2011-ci il ərzində burada 538,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin fevral ayında stansiyada 51,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 82 min kilovat-saat çoxdur. Qeyd edək ki, cari ilin 2 ayı ərzində stansiyada 105,5 milyon kilovat-saat proqnoza qarşı 105,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnoz tapşırıqların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövr ərzində istismar həddinə uyğun 2, 6 və 8 saylı aqreqatlar istisna edilməklə bütün aqreqatlarda növbəti təmir işləri aparılmış, ən geniş həcmli texniki xidmət işləri 4 və 9 saylı aqreqatlarda həyata keçirilmişdir. Eyni zamanda, 110 kilovoltluq yarımstansiyanın da avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur. Stansiyanın və maşın zalının ətrafında olan yağ məhsulları, ərazi otlardan daim təmizlənir.
Xatırladaq ki, ümumi gücü 105 meqovat olan bu elektrik stansiyası 12 aqreqatdan ibarətdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında