Daxili Qoşunların yubileyi münasibətilə

Zaqatala rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Qax və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri və hər üç rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Daxili Qoşunların Zaqatalada yerləşən "N" saylı hərbi hissənin komandiri Sahib Məmmədov və digər tədbir iştirakçıları çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini Daxili Qoşunların yaradılmasının 20 illiyi münasibəti ilə təbrik etmişlər. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin Daxili Qoşunların inkişafına daim diqqət yetirdiyini vurğulamış və onun Silahlı Qüvvələrimizin formalaşması üçün göstərdiyi tarixi xidmətləri haqda danışmışlar. Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi və onun peşəkar hazırlığının yüksəldilməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı xüsusi vurğulanmışdır.
Daha sonra tədbir iştirakçıları hərbi hissənin çevik alayının əsgərlərinin nümunəvi çıxışlarına baxmışlar. Tədbir xidmətdə fərqlənən zabit, gizir və əsgərlərin mükafatlandırılması ilə sona çatmışdır.

{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında