Sergey Narışkin: Əminəm ki, Azərbaycan gəncləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına öz layiqli töhfəsini verə biləcəklər

Əminəm ki, Azərbaycan gəncləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, humanitar əlaqələrin genişləndirilməsi, millətlərarası dialoqun dərinləşdirilməsi işinə öz layiqli töhfəsini verə biləcəklər. 
Bu fikirlər Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin Dünya Azərbaycanlı Gənclər Birliyinin martın 12-də Bakıda açılmış Təsis Qurultayının iştirakçılarına məktubunda ifadə edilir.
Sergey Narışkin öz məktubunda vurğulayır ki, Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan çoxəsrlik səmimi dostluq telləri qarşılıqlı hörmətə əsaslanır. Məktubda deyilir: "Nəsildən-nəslə keçən mehriban qonşuluq, sıx əməkdaşlıq ənənələri bizim mədəniyyətlərimizin qarşılıqlı zənginləşməsinə kömək edir".
Məktubda daha sonra vurğulanır: "Yüz minlərlə azərbaycanlı üçün Rusiya, sözün həqiqi mənasında, ikinci vətən olmuşdur, lakin onlar öz talelərini Rusiya ilə bağlamaqla öz tarixi vətənləri ilə əlaqəni itirmirlər".
Dövlər Dumasının sədri qurultay iştirakçılarına müraciətində qeyd edir ki, gənclər hər iki dövlətin ümid yeri, dayağı, gələcəyidir.
Sergey Narışkin öz məktubunda deyir: "Ümidvaram ki, Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayı konstruktiv, yaradıcı şəraitdə keçəcək, qurultay iştirakçılarının irəli sürdüyü yeni ideyalar yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında