Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi və beynəlxalq birliyin buna göz yumması çox pis presedent yaradır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması qəbul edilməzdir. 
Bu fikri Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şits ABŞ-da nəşr olunan "The İnternational Herald Tribune" qəzetində dərc etdirdiyi məqaləsində yazmışdır.
Müəllif qeyd edir ki, münaqişənin həllinə yalnız beynəlxalq təşkilatların təzyiqi ilə nail olmaq olar. Əgər beynəlxalq təşkilatlar bunu etməsələr yenidən hərbi əməliyyatların başlanması qaçılmaz olacaqdır. L.Şits 20 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olduğunu və burada gördüklərini xatırlayaraq qeyd etmişdir ki, Kəlbəcər rayonundan qaçqın düşən azərbaycanlılar şaxtalı havada ayaqyalın, başıaçıq doğma evlərindən qovulmuşlar.
Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən ermənilər Azərbaycana qarşı torpaq iddiaları irəli sürmüşlər. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə baş verən anarxiya erməni silahlılarına nəinki Dağlıq Qarabağı, eləcə də ona bitişik 7 rayonu işğal etməyə imkan yaratmışdır. Beləliklə, Azərbaycanın 20 faiz ərazisi işğal edilmişdir.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə qəbul etmişdir.
Müəllif qeyd etmişdir ki, 1994-cü ildə atəşkəs rejimi əldə edilərək problemin sülh yolu ilə həll olunması ATƏT-in Minsk qrupuna həvalə edilmişdir. Lakin ötən illər ərzində Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupu heç bir nailiyyət əldə edə bilməmişdir.
L.Şitsin fikrincə Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi və beynəlxalq birliyin buna göz yumması çox pis presedent yaradır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında