Yeni layihə dövlət siyasətinin icrasında gənclərin iştirakını təmin edəcəkdir

Martın 12-də BMT-nin Azərbaycandakı ofisində "Qərarların qəbulu və dövlət siyasətinin icrasında gənclərin iştirakı" layihəsinin həyata keçirilməsi ilə bağlı birgə sənədin imzalanması mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iştirak etmişdir.
Tədbirdə bildirilmişdir ki, 2 il davam edəcək layihənin icrasına 210 min ABŞ dolları məbləğində vəsait ayrılmışdır.
Sonra Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov və BMT-nin İnkişaf Proqramı (BMTİP) adından bu qurumun ölkəmizdəki rezident-əlaqələndiricisi Fikrət Akçura sənədi imzalamışlar.
Vacib bir sənədə imza atdığını söyləyən nazir A.Rəhimov demişdir ki, layihənin əsas məqsədi dövlət siyasətinin planlaşdırılmasında, qərarların qəbulu prosesində gənclərin daha fəal iştirakını təmin etmək, onların liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.
Nazir vurğulamışdır ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında irəli sürülən prioritetlərə xidmət edən layihə gənclərin idarəetmədə rolunu artırmaqla yanaşı, onların beynəlxalq forumlarda iştirak bacarıqlarını da inkişaf etdirəcəkdir.
Azərbaycanda BMTİP tərəfindən gənclərin problemləri və ətraf mühitlə bağlı bir çox layihələrin icra edildiyini bildirən F.Akçura demişdir ki, hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Ona görə də bu layihəni reallaşdırmaqda məqsədimiz Azərbaycan gənclərinə kömək etməkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında