Bakıda "Analığın qorunması minilliyin əsas məqsədidir" adlı beynəlxalq konfrans keçirilir

Martın 12-də Bakıda "Analığın qorunması minilliyin əsas məqsədidir" adlı 1-ci konfrans öz işinə başlamışdır.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
Sonra Azərbaycan Tibb Universitetində (ATU) keçirilən konfransda "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı çıxış edərək yeni doğulan uşaqların sağlamlığının ananın səhhəti ilə sıx əlaqəli olduğunu demişdir.
ATU-nun rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxışında görülən tədbirlər nəticəsində hazırda ölkədə demoqrafik təhlükənin olmadığını bildirmişdir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə parlamentdə müzakirəsi davam edən "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanundan danışmışdır. Bildirmişdir ki, bu qanun reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəkdir.
Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Necdet Ünüvar hər il dünyada doğuş zamanı ölən anaların sayının müharibələrdə ölən insanların sayından çox olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Demişdir ki, Dünya Səhiyyə Təşkilatı, BMT və bir çox beynəlxalq təşkilatların səhiyyə problemləri sırasında ana sağlamlığı əsas məsələlərdən biridir.
Tədbirdə Yer üzü Beynəlxalq Doktorlar Təşkilatının könüllüsü, Türkiyə Qadın Sağlıqçılar Təşkilatı İdarə Heyətinin üzvü Sara Davudoğlunun "Reproduktiv sağlamlıq və bioetika" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi bu sahədə Türkiyə təcrübəsindən danışmışdır.
Mövzu ətrafında müzakirələrlə davam edən konfrans martın 13-də başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında