Azərbaycanda reallaşdırılan dövlət qadın siyasəti yüksək qiymətləndirilmişdir

Martın 12-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyə Respublikası xarici işlər nazirinin xanımı, görkəmli həkim Sare Davudoğlu və Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar ilə görüşmüşdür.
Azərbaycanda reallaşdırılan dövlət qadın siyasəti haqqında geniş məlumat verən H.Hüseynova qeyd etmişdir ki, Prezident İlham Əliyev cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi məsələlərinə böyük diqqət yetirir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qadınların sosial statusunun daha da yüksəldilməsinə, onların öz potensialını müxtəlif sahələrdə həyata keçirmələrinin təmin edilməsinə yönəlmiş fəaliyyəti xüsusi qeyd olunmuşdur. AQUPDK-nın sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, xüsusilə qardaş Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığın daha da genişləndirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Türkiyə nümayəndələri Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini yüksək qiymətləndirmiş, gender bərabərliyinin təmin edilməsi sahəsində böyük irəliləyiş əldə olunduğunu ifadə etmişlər.
Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. AQUPDK-nın Azərbaycanda müvafiq istiqamət üzrə fəaliyyəti xüsusi vurğulanaraq, bu sahədə əməkdaşlığın mövcud səviyyəsi müsbət qiymətləndirilmiş və gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında