Bakı-Qazax-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrı-ayrılıqda hərəkət edəcəkdir

Bakı-Qazax-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrı-ayrılıqda hərəkət edəcəkdir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirmişlər ki, istehsalat zərurəti ilə əlaqədar cari il martın 16-dan etibarən 662-666/661-665 nömrəli Bakı-Qazax-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrılaraq 662/661 nömrəli Bakı-Qazax-Bakı və 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarları ilə əvəz ediləcəkdir.
662/661 nömrəli Bakı-Qazax-Bakı sərnişin qatarı martın 16-da Bakıdan saat 22.20-də, Qazaxdan isə martın 17-də saat 19.50-də yola düşəcəkdir.
666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı isə martın 16-da Bakıdan saat 20.10-da, Böyük Kəsikdən martın 17-də saat 18.40-da yola düşəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında