Bakıda Novruz bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunmuşdur

Martın 10-dan etibarən Azərbaycan İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq Bakıda satış yarmarkalarının təşkilinə start vermişdir.
İqtisadi İnkişaf Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilir. Yarmarkalar martın 20-dək Binəqədi (Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti, Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə), Xətai ("Bakı" kinoteatrının yanı), Nərimanov (Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi), Nəsimi ("Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi) Səbail (Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı), Suraxanı (Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı), Yasamal (Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yan) və Sabunçu (Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, dəmiryol vağzalının yanı) rayonlarında təşkil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında