Bakıda "İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı" mövzusunda dəyirmi masa keçirilir

APA-nın məlumatına görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu tərəfindən təşkil edilmişdir.
Dəyirmi masada çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov demişdir ki, ermənilərin 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımlar haqqında Azərbaycan lazımi səviyyədə təbliğat aparmamışdır: "Bununla bağlı yalnız son illər beynəlxalq ictimaiyyət məlumatlandırılır. Ermənilərin Şamaxıda məskunlaşması 1828-ci ildən başlamışdır. Rusiyanın imperiya siyasətinə uyğun ermənilər İran və Türkiyədən Şimali Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya köçürülmüşlər. 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən böyük soyqırımlar baş vermişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilmişdir".
Hazırda ermənilərin Kaliforniyada qondarma "Sumqayıt soyqırımı" məsələsini gündəmə gətirdiyini deyən millət vəkili bütün Azərbaycan siyasətçilərini və ictimaiyyəti ermənilərin antiazərbaycan təbliğatına qarşı çıxmağa çağırmışdır.
Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirmişdir ki, 2007-ci ildə Quba şəhərində 1918-ci ilə aid kütləvi məzarlıq aşkar edilmişdir. Onun sözlərinə görə, 1918-ci il erməni vəhşiliklərinə dair faktları aşkar etmək üçün Şamaxı ərazisində qazıntıların aparılmasına ehtiyac var: "Bəzi mülahizələrə görə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edilmişlər. Gələcəkdə bu ərazilərdə arxeoloji qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında