Vladimir Putinin yenidən Rusiya Federasiyasının Prezidenti seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəkdir

Vladimir Putinin yenidən Rusiya Federasiyasının Prezidenti seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan danışıqların sürətlənməsinə və problemin həllinə çox müsbət təsir göstərəcəkdir. 
AzərTAc Rusiyanın "İnterfaks" informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya Siyasi Elmlər Akademiyasının həqiqi üzvü, professor Andrey Baranov demişdir.
Professor bildirmişdir ki, V.Putin birinci prezidentliyi dövründə xarici siyasət sahəsində şəxsi təcrübəsini kifayət qədər artırmışdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya vasitəçilik missiyasını daha fəal şəkildə həyata keçirəcəkdir. Sovet İttifaqından miras qalmış münaqişələrin həll olunmamış qalması Rusiyanın strateji maraqlarına uyğun deyildir. Ona görə də Rusiya Cənubi Qafqaz ölkələri ilə iqtisadi, siyasi, mədəni və digər sahələrdəki əməkdaşlığını daha da genişləndirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında