Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının konfransı keçirilmişdir

Bu günlərdə Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının 8-ci konfransı keçirildi. YAP siyasi şurası üzvlərinin, partiyanın bəzi rayon təşkilatları rəhbərlərinin, həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən konfransda rayon təşkilatının sədri Rəşad Cəbrayılov ötən müddət ərzində görülmüş işlərdən, qarşıya qoyulmuş məqsədlərə çatmaq uğrunda aparılan mübarizədən danışdı. 
Natiq məlumat verdi ki, həmişə öndə olmağa can atan rayon təşkilatı son vaxtlar sıralarını genişləndirərək gücünü daha da artırmışdır. Bu məsələnin istənilən səviyyədə həllində Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun təşəbbüslərinin, səylərinin əhəmiyyətli rol oynadığı xüsusi qeyd edildi. Bildirildi ki, ulu öndər Heydər Əliyevin yaratdığı, Azərbaycanın xilası naminə hər cür çətinlikdən mətinliklə keçən və tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacaran YAP-ın rayon təşkilatının sıraları son bir il ərzində xeyli genişlənərək 6250 nəfərə çatmışdır. Milli Məclisin sosial siyasət komisiyyasının sədri Hadi Rəcəbli, Milli Məclisin üzvləri Əlağa Hüseynov, Məlahət Həsənova, Rüstəm Xəlilov,YAP siyasi şurasının üzvü Kərim Kərimov partiyanın keçdiyi şərəfli yoldan bəhs etdilər, rayon təşkilatının fəaliyyətini normal şəraitdə qura bilməsi üçün göstərdiyi diqqət və qayğıya görə icra başçısına minnətdarlıqlarını bildirdilər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vurğuladı ki, respublikamızın müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynayan və ulu öndərin dediyi kimi, dünənin, bu günün, sabahın partiyası olan Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Prezident İlham Əliyevin liderliyi ilə daha inamlı və güclü şəkildə uğurla davam etdirir. Partiyanın rayon təşkilatının öz işini müasir dövrün tələbləri səviyyəsində quraraq Salyanın ictimai-siyasi həyatında önəmli rola sahib olması üçün bundan sonra da köməyini əsirgəməyəcəyini deyən icra başçısı rayon rəhbərliyi ilə partiyanın yerli təşkilatının qarşılıqlı nümunəvi münasibətlərinin digər bölgələr üçün də örnək təşkil edəcəyinə əmin olduğunu bildirdi. Tədbirdə iştirak edən ətraf rayonların partiya təşkilatlarının rəhbərləri də öz siyasi həmfikirlərinə uğurlar arzuladılar.
Sonda təşkilati məsələlərə baxıldı. Rayon icra hakimiyyətinin başçısı partiyanın rayon təşkilatına yeni avtomobil hədiyyə etdi.

{nl}

Səməd HÜSEYNOĞLU "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında