"Azərsu" ASC- də Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir

Dünən "Azərsu" Səhmdar Cəmiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibəti ilə "Azərsu" ASC-nin qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyətin sədrinin birinci müavini Teyyub Cabbarov 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində qeyd olunduğunu bildirmişdir. 
Milli-mənəvi dəyərlərin əsrlər boyu yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu xatırladan T. Cabbarov müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini vurğulamışdır. O demişdir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində böyük işlər görmüş, cəmiyyətdə qadınların rolunun artırılması məsələsini daim diqqətdə saxlamışdır. Bu ənənələrə sadiq qalan Heydər Əliyev kursunun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı istiqamətində geniş tədbirlər hayata keçirilmişdir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri vardır".
T. Cabbarov su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu bildirmişdir. Qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda "Azərsu" ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında