Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur

Martın 7-də Naxçıvan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın Türkiyənin dəstəyini davamlı şəkildə hiss etdiyini diqqətə çatdırmış, iki qardaş ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etmişdir.
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə Naxçıvan görüşünün məhsuldar olduğunu və bunun mütəmadi olaraq davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələr, regionda cərəyan edən proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında