Azərbaycan qadını həmişə mərd olub

Azərbaycan qadınları həmişə mərd, igid, qeyrətli olublar. Qadınlarımız gecələrini gündüzə qataraq at belində düşmənlərə qan uddurub, xalqımızın adını, şərəfini qoruyublar.
Bu igidlik sanki onlardan miras qalıb. Bu gün Azərbaycan qadınlarının sorağı yenə də qəhrəmanlıq zirvələrindən eşidilir. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən qadınlarımız düşmənə əsir düşməmək üçün ölümü üstün tutdular. Belə qadınlarımız namus, qeyrət təcəssümüdür, bu gün bütün qızlarımıza əsl nümunədir. Biz belə qadınlarımızla fəxr edir, qürur duyuruq.
Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra qadınlarımızın siyasi həyatdakı rolu artırıldı. Sevinirəm ki, qüdrətli şəxsiyyətin siyasi xəttini onunun ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Bu gün də Azərbaycan qadınına böyük etimad göstərilir, yüksək vəzifələr verilir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan komitənin yaradılması və bu komitənin geniş fəaliyyət göstərməsi üçün hər cür şəraitin təşkil olunması analara dövlət səviyyəsində göstərilən gayğının təzahürüdür.
Ana yer üzərində ən müqəddəs varlıqdır. Ana Vətəndir. Hər birimiz analara sonsuz hörmət və ehriram göstərməliyik. Mən qadınlarımız, elə kişilərimiz üçün də müqəddəs olan bu bayram günündə ilk növbədə öz doğma ocaqlarından didərgin salınan ana və bacılarımızı təbrik edirəm. Azərbaycanımımzın hər diyarı, hər qarış torpağı hər birimiz üçün doğma və əzizdir. Aqillərimiz deyib ki, elin bu başı, o başı olmaz. Buna baxmayaraq, doğma ev-eşik, min zəhmət hesabına qurulmuş həyət- baca daha şirindir, daha əzizdir. Mən böyük inamla deyirəm ki, vaxt olacaq, biz bu bayramlarımızı Azərbaycanımızın bütün ərazilərində böyük sevinc və fərəh hissi ilə, təmtəraqlı şəkildə qeyd edəcəyik. O gün uzaqda deyil.
Mən bu müqəddəs bayram münasibəti ilə bütün anaları, bacıları, qızlarımızı təbrik edirəm. Onların hamısına xoşbəxtlik, öz ailələri ilə bir yerdə olmağı arzulayıram.

{nl}

Zeynəb XANLAROVA, SSRİ xalq artisti, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında