Adın şərəflidir, sənin ey qadın...

Bu gün hər bir ailədə, hər bir evdə bayramdır. Çünki anaların, bacıların, yer üzündə bütün qadınların bayramıdır. Ana müqəddəsdir, ana əzizdir. Ölkəmizdə qadınlara həmişə böyük hörmət və ehtiramla yanışılıb, etimad göstərilib, ən məsul vəzifələr etibar edilib. Azərbaycan qadınları onlara göstərilən etimadı öz fəaliyyəti, gərgin əməyi, biliyi, qabiliyyəti ilə doğruldub.
Azərbaycan qadınlarının sorağı dünyanın ən mötəbər, nüfuzlu qurumlarından gəlir. Ötən illərlə müqyisədə hazırda qadınlarımız siyasi arenada daha çox tanınırlar. Bu da milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, mədəniyyətimizin və incəsənətimizin daha geniş şəkildə tanınmasında böyük rol oynayır. Mən bu işlərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirmək istərdim. Məhz Mehriban xanımın fəaliyyəti sayəsində Azərbaycan muğamı dünyada tanındı,böyük şöhrət qazandı. Digər tədbirlər sayəsində Aərbaycan qadınlarına daha geniş meydan verildi və bütün dünyaya bəlli oldu ki, Azərbaycan qadınları istedadlı, mərd, geniş dünya görüşə malik, ismətli, həyalı, sədaqətlidirlər.
Azərbaycan qadınlarını narahat edən ən ciddi problem işğal altında olan torpaqlarımızın azad olunması, öz ata-baba torpaqlarından didərgin düşən soydaşlarımızın isti ocaqlarına qayıtmasıdır. Mən inamla deyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, ulu öndər Heydər Əliyevin zəngin dövlət idarəçiliyinə sədaqəti sayəsində bu problem də aradan qaldırılacaq. Buna ölkəmizin gücü və qudrəti də təminat verir.
Mən bu əziz gündə üzümü bütün analara, bacılara tutb deyirəm ki, bayramınız mübarək olsun. Hər birinizə xoşbəxtlik, ailə səadti və cansağlığı arzulayıram.

{nl}

Rəbiyyət ASLANOVA, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında