Azərbaycan qadını böyük nailiyyətlər qazanır

Martın 7-də "ÜNS" Yaradıcılıq Səhnəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, "Azərcell Telecom" MMC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova Prezident İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxumuşdur.
H.Hüseynova bildirmişdir ki, hər il olduğu kimi, bu il də bir qrup qadın dövlətimizin başçısı tərəfindən təltif edilmişdir. Komitə sədri Azərbaycan Respublikası Prezidentinin bununla əlaqədar martın 5-də imzaladığı sərəncamları oxumuş, mükafatları sahiblərinə təqdim etmişdir.
Təltif olunanlar Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AQUPDK-nın sədri vurğulamışdır ki, bayram ərəfəsində qadınların yüksək təltiflərə və fəxri adlara layiq görülməsi ölkəmizdə onlara göstərilən diqqət və qayğının növbəti əməli ifadəsidir. Bu gün qadınlarımız ölkənin ictimai, sosial-iqtisadi, mədəni və mənəvi həyatında öndə gedərək, onlara göstərilən etimadı layiqincə doğruldurlar. Saflıq və müdriklik rəmzi olan Azərbaycan qadınlarının cəmiyyətdəki müasir mövqeyi onların bir çox nəsillərinin ardıcıl səylərinin nəticəsidir.
H.Hüseynova demişdir ki, bu gün qadınlarımızın fəallığından söz açarkən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ötən bir ildə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi və digər mühüm məsələlərlə bağlı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, Azərbaycanın dünyada tanıdılması istiqamətində reallaşdırılan önəmli tədbirlər xalqımızın, o cümlədən qadınlarımızın yüksək potensialını bir daha nümayiş etdirmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin, eləcə də Prezident İlham Əliyevin apardığı dövlət qadın siyasətinin nəticəsi olaraq, bu gün Azərbaycan qadını inkişaf edir, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində sözünü deyir.
H.Hüseynova bildirmişdir ki, bayram tədbirinin digər məqsədi sağlamlığı ilə bağlı müəyyən məhdudiyyətləri olmasına baxmayaraq, cəmiyyətin həyatına fəal şəkildə qoşulan qadınlara dəstək verilməsidir.
AQUPDK-nın sədri bütün qadınları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, milli mənəvi dəyərlərin qorunması və gənc nəslə çatdırılmasında mühüm xidmətləri olan fəal qadınlara komitənin mükafatları təqdim edilmişdir.
Tədbirin bədii hissəsində xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin əsərlərindən ibarət "Bakı" musiqi kompozisiyası nümayiş olunmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında