Qaxda "Dünyamızı qoruyaq" adlı tədbir keçirilib

Respublikamızın hər yerində olduğu kimi Qax rayonunda da "Ekologiya ili" çərçivəsində tədbirlər davam edir. Xüsusilə son vaxtlar bu istiqamətdə daha böyük işlər görülür. Bu günlərdə şəhər 4 saylı orta məktəbdə "Biomüxtəlifliyin mühafizəsi günü"nə həsr olunan "Dünyamızı qoruyaq" devizi altında keçirilən tədbir isə daha xüsusi əhəmiyyət kəsb edir.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və tədbirə dəvət olunan digər qonaqlar əvvəlcə məktəbin şagirdlərinin foyedə təşkil etdikləri "Dünyamızı qoruyaq" mövzusunda əl işləri, maketlər, stendlərlə zəngin sərgi ilə tanış oldular. Şagirdlərin hazırladıqları eksponatlar onu göstərirdi ki, bu məsələnin mahiyyətini onlar dərindən dərk edir, ekologiyanın mühafizəsinə yaradıcılıqla yanaşırlar.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Soltan Hacıyev açdı. Sonra rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev müasir qloballaşma dövründə biomüxtəlifliyin qorunmasının olduqca aktual, sosial-siyasi əhəmiyyət kəsb edən vəzifə olduğunu qeyd etməklə məktəbin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi. Ölkəmizin ərazisində hələ qeyri-sənaye üsulu ilə, heç bir elmi, texniki texnologiyaya əsaslanmayan üsullarla neft istismar olunan dövrlərdən bəri yığılıb qalan ekoloji problemlərin həlli üçün ulu öndərimiz Heydər Əliyevin hazırladığı konsepsiyanın ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsindən danışdı.
Ölkəmizdə ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə qəbul olunan "Biomüxtəlifliyin qorunması", "Səhralaşmaya qarşı mübarizə", "İqlim dəyişmələri" və digər beynəlxalq konvensiyaların ratifikasiya edilməsi və bununla bağlı götürülən öhdəliklərin yerinə yetirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyəti barədə də tədbir iştirakçılarına geniş məlumat verdi. Bildirdi ki, geniş əhali kütləsi arasında ekoloji tərbiyə işlərinin canlandırılmasında məktəb kollektivlərinin də üzərinə böyük vəzifələr düşür. Çox təəssüflə göstərdi ki, bir sıra soydaşlarımız, bəzən məktəblilər də, gündən-günə gözəlləşməkdə olan şəhərimizin küçə və meydanlarında, parklarında yaradılan səliqə-sahmanı qorumaq əvəzinə hətta, bəzən zibilləyirlər də.
Başçı qeyd etdi ki, şəhərin, rayonun daha da gözəlləşməsi, abadlaşması, ətraf aləmin etibarlı mühafizəsi üçün bütün zəruri tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Xüsusilə içməli su və kanalizasiya probleminin həllinə tezliklə nail olunacaq. Hər bir məktəbli, məktəb kollektivi bu işlərdə nümunə göstərməli, abadlaşmaqda olan küçə və meydanlarda, kəndlərdə səliqə-sahman yaradılmasına öz töhfəsini verməlidir.
Tədbir iştirakçıları rayon ictimaiyyətinə müraciət etdilər ki,hər bir ailə küçə və meydanlarda, kəndlərdə müvafiq yerlərdə bir ədəd gül kolu əkərək ona qulluq etsin. Həmçinin tədbirdə "Ən təmiz, abad, gözəl küçə, məhəllə, kənd uğrunda " müsabiqəsinin keçirilməsi barədə təşəbbüs irəli sürüldü.
Tədbirdə şagirdlər "Ekologiya ili" ilə bağlı səhnəciklər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər, müsabiqələr keçirildi.
Artıq rayon icra hakimiyyətində tədbir iştirakçılarının təşəbbüsünə baxılıb, onun rayonda yayılması üçün sərəncam imzalanaraq komissiya təşkil edilib, müsabiqənin şərtləri təsdiq olunub.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında