Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs ifşa olunmuşdur

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların pulunu mənimsəyən Bakı şəhər sakini Orxan Axundovu ifşa etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Orxan Axundovun qanunsuz hərəkətləri barədə idarəyə daxil olmuş müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilmişdir ki, özünü Bakı şəhər prokurorluğunun müstəntiqi kimi təqdim edən O.Axundov etibardan sui-istifadə etmə yolu ilə 2011-ci ilin payız aylarında sürücülük vəsiqəsi düzəltmək adı ilə Bakı şəhər sakinləri Lalə Məmmədovanın 400, Mehriban Ağayevanın isə 300 manat pulunu ələ keçirmişdir.
Bundan başqa, O.Axundov Rəşad Cabbarlını Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul etdirmək adı ilə onun atası Əli Cabbarovdan razılaşdıqları 25000 manat pulun qabaqcadan 6000 manatını sonuncunun etibarını qazanmaq məqsədilə öz təşəbbüsü ilə notariat qaydasında borc müqaviləsi kimi rəsmiləşdirməklə almışdır. Daha sonra eyni məqsədlə 300 manat pulunu da almışdır.
Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında