Magistral su kəmərinin tikintisində işlərin yeni mərhələsi başlamışdır

Şəmkir çayı üzərindəki su anbarından çəkilməkdə olan magistral boru xəttinin tikintisində işçi qüvvəsinin və inşaat texnikasının sayı artırılmışdır. Bu kəmər Gəncə şəhərini, Samux rayonunun Nəbiağalı qəsəbəsini və yaşayış məntəqələrində yarım milyona qədər əhalini fasiləsiz olaraq içməli su ilə təmin edəcəkdir. 
Uzunluğu 27,5 kilometr olacaq su kəməri diametri 1420 santimetr olan borularla çəkilir. Tikintisinə ötən ilin oktyabr ayında başlanan kəmər gələn ilin ortalarında istifadəyə veriləcəkdir.
Əsas qüvvələr və inşaat texnikası kəmərboyu maneələrin aradan qaldırıldığı yerlərdə cəmləşdirilmişdir. Hazırda su kəmərinin keçəcəyi ərazilərdə çay üzərindən iki, yolların altından isə dörd keçid inşa edilməkdədir. Çay keçidlərində, habelə yol keçidlərinin birində işlər artıq başa çatdırılmışdır. Boruların qaynaq edilib xəndəklərə düzülməsi işləri də fasiləsiz aparılır.
Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin sifarişi ilə kəmərin inşasını "Azəraqrartikinti" ASC aparır. Səhmdar cəmiyyətin idarə rəisi Maqsud Gülməmmədov demişdir: Mühüm sosial əhəmiyyəti olan bu obyektin tikintisini başa çatdırmaq üçün inşaatçılarımız bütün xətt boyu dörd sahədə çalışırlar. Sutəmizləyici qurğular stansiyasında torpaq işlərini başa çatdırmışıq. Bu günədək magistral xəttə 3 min 500 metr məsafədə boruların qaynağı və izoləsi işləri artıq qurtarmışdır.
Kəmər üçün tələb olunan boruların üçdə birini tikinti aparılan sahələrə gətirmişik. Qalan hissəsi də fasiləsiz olaraq daşınır. Bu borular fiziki və elektrokimyəvi korroziyaya davamlıdır. Bu da kəmərin etibarlılığını təmin edəcəkdir.
Magistral su kəmərinin vaxtından əvvəl təhvil verilməsi üçün bütün imkanları səfərbər etmişik.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında