Azərbaycan ilə Tatarıstan arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar vardır

Bakıda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş naziri İldar Xalikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür. 
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov Azərbaycan ilə Tatarıstan arasında ikitərəfli münasibətlərin, o cümlədən fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulamış, nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
İ.Xalikov Azərbaycan ilə Tatarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etməsini yüksək qiymətləndirmiş, hər iki respublikanın müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.
Görüşdə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olmuş, mərkəzin fəaliyyəti və "112" qaynar xətti barədə ətraflı məlumatlandırılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında