"Baku" jurnalının rəsmi saytının yeni versiyası yaradılmışdır

Moskvada "Baku" jurnalının rus və ingilis dillərində rəsmi saytının (www.baku-media.ru) yeni versiyası yaradılmışdır. 
Saytın yenilənmiş versiyasında Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi barədə daha geniş məlumat verən yeni bölmələr yaradılmışdır. Məsələn, saytın istifadəçiləri "Bələdçi" rubrikasında Bakının görməli yerləri, teatr və muzeyləri, xalçalar və xalçaçılıq, müasir incəsənət, kulinariya, milli musiqi və çalğı alətləri, muğam, caz haqqında informasiya ilə tanış olmaq, bu məlumatları yükləmək imkanı əldə etmişlər.
Daha bir yenilik "Video" bölməsidir. Bu bölmədə "Baku" jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti və "Baku" jurnalının keçirdiyi tədbirlər haqqında videoreportajlar təqdim edilir.
"Bloqlar" bölməsində Bakı barədə təəssüratlara aid məlumat əldə etmək olar. Burada arzu edən hər kəs bizim gözəl diyarımıza səyahətdən aldığı təəssüratlar barədə söhbət aça bilər.
Nəhayət, bundan sonra "Baku" jurnalının nəşrə başladığı vaxtdan rus və ingilis dillərində bütün nömrələrini MAC, PC Ipad i Android versiyalarında yükləmək mümkün olacaqdır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında