Bütün dünya ermənilərin əsl simasını tanımalıdır

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən Qubada yerləşən kütləvi məzarlığa yürüş təşkil olunmuşdur.
Yürüşdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin, diplomatik korpusun, QHT-lərin, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yürüş iştirakçıları əvvəlcə Quba şəhərində "Əbədi məşəl" kompleksinin önünə əklil qoymuş, burada keçirilən mitinqə qatılmışlar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, ATXƏM-in sədri İlham İsmayılov, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov və başqaları çıxış edərək 92 il bundan əvvəl - 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə danışmış, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu qətliamlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini xatırlatmışlar. Çıxışlarda ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı barədə həqiqətlər tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmış, qanlı cinayətlərin yüz illər boyu planlı şəkildə davam etdirildiyi vurğulanmışdır.
Bildirilmişdir ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vandalizm aktlarına uzun müddət obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmış, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verilmişdir.
Mitinqdə vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda informasiya mübarizəsində hücum taktikası daha əzmlə davam etdirilməli, ermənilərin əsl simasının bütün xalqlara tanıdılması, bu soyqırımı hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi qiymət verilməsi üçün ardıcıl iş aparılmalıdır.
Sonra yürüş iştirakçıları Quba kütləvi məzarlığını ziyarət etmişlər. Məlumat verilmişdir ki, məzarlıq 2007-ci ilin aprelində burada aparılan qazıntı işləri nəticəsində aşkarlanmışdır. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Qazıntılar zamanı insan cəsədləri ilə doldurulmuş iki quyu və iki arx aşkar edilmişdir. Burada 600-dən çox insanın kəllə-beyin sümüyü tapılmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər uşaqları, qadınları, ahıl yaşında olan insanları xüsusi amansızlıqla, küt alətlərlə öldürmüşlər. Kəllə-beyin sümüklərinin antropoloji tədqiqatları göstərmişdir ki, burada azərbaycanlılarla yanaşı ləzgilər, yəhudilər, tatlar və digər xalqların nümayəndələri qətlə yetirilmişlər.
Vurğulanmışdır ki, həmin hadisələr zamanı minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər bu qırğını planlı şəkildə azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə, o cümlədən Xoy, Urmiya, Təbriz, Səlmas və İranın digər şəhərlərində də həyata keçirmişlər. Urmiyada bir gecədə 1500-dək türkün öldürüldüyü, ümumiyyətlə bu bölgədə on minə yaxın insanın qətlə yetirildiyi vurğulanmışdır. Erməni vandalizminin yaxın keçmişdə daha bir bariz nümunəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixində misli-bərabəri olmayan Xocalı soyqırımı ilə yaddaşlara həkk olunmuşdur.
Qeyd olunmuşdur ki, ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi qırğın nəticəsində həlak olan soydaşlarımızın xatirəsi bu gün də əziz tutulur. Qubadakı bu məzarlıq ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Bütün bunları nəzərə alaraq, Qubada soyqırımı abidəsinin inşası kimi mühüm missiyanın icrasını Heydər Əliyev Fondu üzərinə götürmüşdür. Fondun təşəbbüsü ilə Quba şəhərində ucalacaq "Soyqırımı memorial kompleksi" erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də gənc nəslin milli yaddaşının qorunması məqsədilə son dərəcə mühüm addımdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında