Hannoverdən məktub

Mərkəzi qəqargahı Almaniyanın Hannover şəhərində olan Avropa Təbiyyat Elmləri Akademiyası postsovet məkanının ictimai-siyasi və elmi-mədəni həyatınıda baş verən bütün prosesləri maraqla izləyir və layiqincə qiymətləndirir. Bizim üçün maraqlıdır ki, adı çəkilən akademiyanın Elmi Şurası postsovet məkanının ən iti sürətlə inkişaf edən ölkələrindən birinin - Azərbaycanın həyatındakı yenilikləri, elmi-fəlsəfi yaradıcılıq nümunələrini də diqqət mərkəzində saxlayır.
Bu günlərdə Hannoverdən Bakıya göndərilən məktubda ölkəmizin elmi-fəlsəfi həyatında özünəməxsus yeri olan yazıçı-filosof Hacı Fərhad Mirzənin yaradıcılığına verilən qiymətdən söz açılır. Avropa Təbiyyat Elmləri Akademiyası və Beynəlxalq Rıtsarlar İttifaqının birgə qərarı ilə fəlsəfə elmi sahəsindəki nailiyyətlərinə görə müasir kəlam məktəbinin banisi, "Kəlamlar" kitabıyla dünyanın bir çox ölkəsində böyük nüfuz qazanan Hacı Fərhad Mirzə Avropanın fəxri alimi və Avropanın görkəmli mədəniyyət xadimi fəxri adlarına layiq görülmüşdür.
Məktubda göstərilir ki, Hacı Fərhad Mirzə Avropanın elm, mədəniyyət, incəsənət və sosial həyat sahəsində əhatəli uğurlar qazanmış ziyalıların sırasındadır. Bu il fevralın 8-də Hannover şəhərində qəbul edilmiş qərarı Avropa Təbiyyat Elmləri Akademiyasının elmi şurası adından professor Vladimir Tımınski, Beynəlxalq Rıtsarlar Birliyi adından isə professor Fadaşi Qooru imzalamışlar.
Qeyd edək ki, Avropa Təbiyyat Elmləri Akademiyası Hacı Fərhad Mirzənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının xətti ilə Türkiyədə çap olunmuş "Kəlamlar - Ozdeyişlər" və Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Təşkilatının xətti ilə Moskvada çap olunmuş "Kalamı" kitabları ilə yaxından tanış olduqdan sonra onun haqqında müvafiq qərarı qəbul etmişdir. Kitabın ingilis dilində olan variantı isə bu günlərdə Almaniyada, alman dilində olan variantı isə sentyabrda yenə də Berlində işıq üzü görəcək.
"Kəlamlar"ın ingilis dilində olan variantını xüsusilə önəmli edən məqam ondan ibarətdir ki, həmin kitabın annotasiyasında əvvəlki çapların heç birində olmayan qeydlər verilmişdir: "Bu kitab fəlsəfə sahəsində ali təhsil alan tələbələr üçün dərslik məzmunu daşıyacaq". Alman dilində olan varinantın özəlliyi isə ondadır ki, orada müəllifin ən son kəlamlarının verilməsi ilə yanaşı Bakı, İstanbul, Moskva və Berlin (ingiliscə) nəşrlərində verilmiş ön söz və şərhlərin hamısına yer ayrılmışdır. Filologiya elmləri doktoru, mərhum professor Əvəz Sadıqov və professor Maqsud Hacıyevin (Bakı nəşri), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara şöbəsinin direktoru, professor Xeyrəddin İvginin (İstanbul nəşri), Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva şəhər təşkilatının sədri Vladimir Boyarinovun (Moskva nəşri) yazdıqları ön sözlər və şərhlər, eləcə də ingilis dili variantı üçün yazılmış nəşriyyat şərhi bütövlükdə alman dili variantında veriləcək. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası "Kalamlar" kitabının ərəb dilində tərtib edilməsi üzərində də işi davam etdirir. Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, Hacı Fərhad Mirzənin yaradıcılığı dünyanın müxtəlif qütblərindəki ziyalıların diqqətini cəlb edir və onun haqqında dövrü olaraq çoxsaylı elmi məqalələr ərsəyə gəlir.
Xatırladaq ki, "Kəlamlar" kitabı Avropa, Asiya və Amerikada keçirilən bir sıra beynəlxalq kitab sərgisində ölkəmizi uğurla təmsil etmişdir. Kitabın nəşriyyat tərəfindən daha bir beynəlxalq kitab sərgisinə təqdim ediləcəyi gözlənilir. Soydaşımıza uğurlar arzulayırıq.

{nl}

Əlibəy MÜSƏDDİQ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında