Dohada "Connect Ərəb Sammiti" keçirilir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Connect Arab Summit-2012" ("Connekt Ərəb Sammiti") iştirak edir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, BTİ Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində BMT-nin Baş Məclisində qətnamə ilə qəbul edilmiş "Transavrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini nəzərə alaraq ölkəmizin tədbirdə iştirakını məqsədəuyğun saymışdır.
Martın 7-dək davam edəcək sammit informasiya texnologiyaları ilə əlaqədar olaraq elm, bilik, təhsil, internet və informasiyaya çıxış imkanı, güclü regional İKT şəbəkəsinin inkişafı, kibertəhlükəsizlik, gənclik, innovasiya, sahibkarlıq və s. məsələlərə həsr edilmişdir.
Toplantıda dünya və region ölkələrindən bir çox dövlət rəsmiləri, elm xadimləri, beynəlxalq texnoloji şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Nazir Əli Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda əsas məruzəçi kimi TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulur.
Səfər çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün hökumətlərarası Anlaşma Memorandumunun imzalanması, Qətərin İKT üzrə naziri xanım Hessa Sultan Əl-Cabir, "Qatar Satellite Company", "Qatar National Broadband Network Company", "Qtel" şirkətlərinin rəhbərliyi və digər ölkələrin İKT, texnologiya və innovasiya sahələrinə cavabdeh hökumət rəsmiləri ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi və "Qatar Foundation"in nəzdində "Qatar Science and Technology" Parkına səfər nəzərdə tutulur.
BTİ-nin baş katibi Hamadun Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında