Milli Məclisin deputatı Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilmişdir

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva Gürcüstan Prezidenti Mixeil Saakaşvili tərəfindən "Şərəf" ordeni ilə təltif edilmişdir. 
Martın 5-də Gürcüstanın ölkəmizdəki səfirliyində təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən səfir Teymuraz Şaraşenidze Azərbaycan ilə Gürcüstan arasında tarixən dostluq, qardaşlıq münasibətlərinin olduğunu və bu münasibətlərin hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, dost, qonşu, strateji müttəfiq olan iki ölkə arasında heç vaxt ciddi problemlər olmamış və olmayacaqdır.
T.Şaraşenidze hər iki ölkəni parlamentlərarası dostluq qrupları arasında ciddi əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirmişdir. Diplomat Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Gürcüstan Prezidentinin imzaladığı Sərəncamı mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
Q.Paşayeva bu ordeni Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun bütün üzvlərinin əməyinə verilən qiymət kimi dəyərləndirmişdir. Deputat bildirmişdir ki, qrupun fəaliyyəti müddətində parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində əllərindən gələni etməyə çalışmış və daim Gürcüstanla əlaqələrə böyük önəm verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təşəkkürünü bildirən Q.Paşayeva, hər iki dövlət başçısının ölkələrimizin strateji əməkdaşlığını yüksəltdiklərini, dostluğumuzu daha da möhkəmləndirdiklərini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, həm Azərbaycan Prezidenti, həm Gürcüstan rəhbərliyi tərəfindən iki ölkə arasında olan münasibətlərə, əməkdaşlığa, dostluğa, qardaşlığa böyük önəm verilmiş və verilməkdədir. Qeyd edilmişdir ki, hər iki dövlət başçısının bu siyasəti və fəaliyyəti parlamentlərarası dostluq qrupları və hər kəs üçün bir örnək olmalıdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Jalə Əliyeva, Sədaqət Vəliyeva, Flora Qasımova, Gülər Əhmədova, İlham Məmmədov, professor Qəzənfər Paşayev və başqaları Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafının ölkələrimizin və xalqlarımızın maraqlarına cavab verdiyini bildirmişlər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında