V.YAZOV: Rusiyanın Azərbaycanla ənənəvi dostluq və səmimi münasibətləri vardır

Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 9-cu iclasında iştirak etmiş Rusiya Dövlət Duması sədrinin müavini Valeri Yazov bildirmişdir ki, iki ölkənin parlamentlərarası əlaqələri hazırda yüksələn xətt üzrə inkişaf edir.
O, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə azərbaycanlı həmkarlarını təbrik edərək demişdir: "Azərbaycanla ənənəvi dostluq, səmimi münasibətlərimiz vardır. Biz bir çox strukturlarla əməkdaşlıq edirik. Azərbaycanın neft-qaz kompleksi bizim üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Biz inkişaf, neft, neft məhsulları və qaz ixracı məsələləri ilə bağlı kollegial əsasda qarşılıqlı fəaliyyət göstəririk".
V.Yazov əmin olduğunu bildirmişdir ki, Federal Məclis və Milli Məclisin parlamentlərarası komissiyasının iclası Rusiya və Azərbaycan münasibətlərinin inkişafına yeni təkan verəcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında