Azərbaycanın xarici işlər nazirinin sədrliyi ilə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir

Martın 5-də Çexiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda GUAM-da sədrlik edən Azərbaycanın 2012-ci ildə bu quruma sədrliyinə dair "Azərbaycan Respublikasının Sədrlik Proqramı"na baxılmışdır.
İclasda xarici işlər nazirləri tərəfindən Milli Əlaqələndirmə Şurasına növbəti iclasda Proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılmışdır. Həmçinin, "GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərin qarşılıqlı fəaliyyətinə dair Plan"ın razılaşdırılması barədə də razılıq əldə olunmuşdur.
XİNŞ Azərbaycanın ATƏT ilə əlaqələri intensivləşdirmək, GUAM-ın baş katibinin Vyanaya səfərinin təşkili, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlamışdır. XİNŞ, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində GUAM-ın üzvü olan ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələləri müzakirə edilmişdir.
Xarici işlər nazirləri Azərbaycan tərəfinə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında