Kəmaləddin HEYDƏROV: "Araz çayından yeni qolun açılması qabaqlayıcı tədbirlərdən biridir"

Araz çayından yeni qolun açılması qabaqlayıcı tədbirlərdən biridir. Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir.
K.Heydərov bildirmişdir ki, son illər Kür və Araz çayında sululuğun artmasının yaradacağı fəsadların qarşısını almaq üçün Arazın yeni qolunun açılmasına ehtiyac yaranmışdır. Yaxın gələcəkdə burada çox güclü şlyuzlar qoyulacaqdır. Bu şlyuzların suları idarə etməsi üçün Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar gələcəkdə məcradan axan suya nə qədər ehtiyac olduğunu müəyyənləşdirəcəklər. Mütəxəssislərin rəyinə görə, Araz və Kür çaylarında suyun səviyyəsində azalma müşahidə olunur. Mingəçevir su anbarına daxil olan və çıxan su da stabildir.
Hazırda fəlakət bölgəsində bənd bərkitmə işlərinin davam etdiyini deyən K.Heydərov bildirmişdir ki, yağışlar zamanı suda artım olan hallarda yumşalan bəndlərdə də bərkitmə işləri davam etdirilir. Kürün deltasında da lil təmizləmə prosesi gedir. Həm Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəmiləri orada işləyir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında