ABŞ-ın nüfuzlu jurnalı "Amerika - Azərbaycan münasibətlərinin gələcəyi"ndən yazmışdır

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu, müstəqil tədqiqatçı, yazıçı, hazırda Corc Vaşinqton adına Sent-Lyus Universitetinin humanitar elmlər üzrə magistri Qalib Məmmədovun ABŞ-ın nüfuzlu "Foreing Policy Journal"ında "Amerika-Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda geniş məqaləsi dərc edilmişdir. AzərTAc Rusiyanın "inosmi. ru" saytında da yerləşdirilmiş məqalənin xülasəsini təqdim edir.
Q.Məmmədov "Qarabağ" Fondunda tədqiqat işləri apararaq nizamlanmamış münaqişələr və çoxmillətli korporasiyaların iqtisadi siyasəti problemlərini araşdırır.
Müəllif qeyd edir ki, ABŞ və Azərbaycanın qarşılıqlı əlaqələri milli və enerji təhlükəsizliyi baxımından hər iki dövlət üçün olduqca vacibdir. Hər iki ölkə ikitərəfli əməkdaşlığın əhəmiyyətini düzgün qiymətləndirərək onun gələcəkdə inkişafı və möhkəmlənməsi üçün tədbirlər görməlidir.
Azərbaycan çoxmillətli bir ölkədir. Burada yaşayan millətlər əsrlər boyu xoş münasibətlərdə olmuşlar və bu gün də mehriban şəraitdə yaşayırlar. Azərbaycan dünyanın o ölkələrindəndir ki, burada məscidlə yanaşı, kilsə və sinaqoqlar sülh şəraitində fəaliyyət göstərirlər. Azərbaycan hökuməti sovet hakimiyyətinin vaxtilə dağıtdığı 2 sinaqoqu 1996-cı ildə bərpa edərək istifadəyə vermişdir.
ABŞ özünü dünyada dini və etnik azlıqlara qarşı münasibətdə ən tolerant ölkə hesab edir. Azərbaycanlıların və amerikalıların dini və milli azlıqlara qarşı dözümlü münasibətləri bütün dünya ölkələri üçün nümunə olacaq səviyyədədir. Hər iki dövlət bu məsələdə eyni dəyərlərə malikdirlər ki, bu da istər hökumətlərin, istərsə də ayrı-ayrı vətəndaşların qarşılıqlı münasibətlərinin inkişafında stimul rolunu oynaya bilər.
ABŞ ilə Azərbaycanın münasibətləri 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalandıqdan sonra yaxınlaşaraq inkişaf etməyə başlamışdır. Amerikanın iri neft şirkətləri bu müqavilə çərçivəsində yaradılmış konsorsiumda ən çox paya malikdir. Pay bölgüsü zamanı AMOCO-ya 17, Pennzoilə 9,8, Mc Dermott-a isə 2,4 faiz pay düşmüşdür.
Məqalədə deyilir ki, ABŞ və digər Qərb ölkələrinin investisiya qoyuluşundan səmərəli istifadə edən Azərbaycan uğurlu islahatlar həyata keçirərək ümumi daxili məhsul istehsalını artırmışdır. 2002-ci ildən 2008-ci ilə qədər olan dövrdə Azərbaycanda ÜDM-in adambaşına düşən hissəsi 7,3 faizdən 15,5 faizə çatmışdır. 2006-cı ildə Azərbaycan ixrac potensialını artıraraq Türkiyə, Bolqarıstan, Rumıniya və Ermənistan kimi dövlətləri geridə qoymuşdur. 2001-ci ildən 2004-cü ilədək yoxsulluğun səviyyəsi 49-dan 40 faizə, 2009-cu ildə isə 11 faizə enmişdir. 2009-cu ildə inflyasiya 20,8-dən 1,5 faizə düşmüşdür.
Prezident Bill Klintonun dövründə ABŞ Administrasiyası regiona böyük maraqla yanaşırdı və bu yanaşmada Azərbaycan xüsusi yer tuturdu. Həmin dövrdə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsi üçün ABŞ-ın Azərbaycana 10 milyard dollar investisiya yatırması haqqında müqavilə də imzalanmışdır.
Amerikada baş vermiş 11 Sentyabr terror aksiyasından sonra Azərbaycan qeyd-şərtsiz ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsini dəstəklədiyini bəyan etmişdir ki, bu da münasibətlərin daha da yaxınlaşmasına səbəb olmuşdur. ABŞ-ın Əfqanıstanda apardığı sülhyaratma əməliyyatlarına kömək məqsədi ilə Azərbaycan hava məkanından istifadə olunmasına imkan yaratmışdır. Azərbaycanın hərbi hissələri NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında yaxından iştirak edir və onun hərbi qüvvələri İraqdakı hərbi əməliyyatlarda da fəallıq nümayiş etdirmişdirlər.
Corc Buşun prezidentliyi dövründə - 2002-ci ildə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Barak Obamanın hakimiyyətə gəlişindən sonra ABŞ-Azərbaycan münasibətlərində durğunluq dövrünün başlandığını bildirən müəllif qeyd edir ki, ABŞ hələ də Azərbaycana səfir təyin etməyib. 2010-cu ilin mayında Mətyu Brayzə Azərbaycana müvəqqəti olaraq səfir təyin edildi. Lakin bir ildən sonra Senat erməni lobbisinin təzyiqi ilə onun namizədliyini təsdiq etmədi və M.Brayzə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Azərbaycanın iştirakı ilə həyata keçirilən Transanadolu qaz kəməri ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir və bu ABŞ-ın maraqlarına uyğundur. Bunlar bölgədə cərəyan edən siyasi proseslərdə Azərbaycanı vacib amilə çevirmişdir.
Yazıda vurğulanır ki, indiki məqamda ABŞ, ilk növbədə, Azərbaycana səfir təyin etməlidir ki, dövlətlərarası münasibətlər daha da möhkəmlənsin. ABŞ Transanadolu və Nabukko kimi iri qaz kəmərlərinin çəkilişinə kömək göstərməli və Azərbaycanın enerji sənayesinə qoyduğu investisiyaların həcmini artırmalıdır. ABŞ, eyni zamanda, Azərbaycanla iqtisadi və hərbi sahədə əməkdaşlığını gücləndirməlidir. Bu, ABŞ-ın, Qafqazın və Mərkəzi Asiyanın təhlükəsizliyi üçün çox vacibdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında