Rəbiyyət ASLANOVA: İslam dünyasının beyin mərkəzlərinin bir araya gəlməsi bu böyük məkanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün qüvvələrin səfərbər edilməsi cəhdidir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumu olduqca böyük əhəmiyyətə malikdir. Çünki İslam dünyasının beyin mərkəzlərinin bir araya gəlməsi bu böyük məkanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək, müxtəlif fikirlərin, proqramların ortaya qoyulması üçün qüvvələrin səfərbər edilməsi cəhdidir.
Bu sözləri Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova demişdir.
Bu gün dünyanın diqqətinin İƏT-in əhatə etdiyi islam məkanına yönəldiyini vurğulayan Rəbiyyət Aslanova qeyd etmişdir ki, bu ölkələrdə baş verən proseslər, bu dövlətlərin inkişaf dinamikası, sabahın çağırışlarına cavab vermək imkanları dünyanın aparıcı alimlərini çox düşündürür. Bu baxımdan bu cür tədbirin Bakıda keçirilməsi dünyanın bir çox ölkələrindən gələn alimlərlə yanaşı, azərbaycanlı alimlərin də fikirlərinin bir araya gətirilməsi və ümumi işin xeyrinə olaraq zəka potensialının araşdırılması cəhdidir.
Komitə sədri vurğulamışdır ki, Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur. Ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Biz Şərqdəki ölkələrin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrinin birgəyaşayış modelini dünyaya çatdırmalıyıq. Azərbaycan Şərqin və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalizm modelinə sahibdir. Bu modelin kökündə insanların sülh şəraitində yaşaması dayanır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında