Səməd SEYİDOV: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir.
Bu sözləri Milli Məclisin deputatı Səməd Seyidov demişdir.
Ermənistanın isə status-kvonun dəyişməsinə imkan verməmək niyyətində olduğunu deyən S.Seyidov bildirmişdir ki, torpaqları işğal altında saxlamaq beynəlxalq qanunvericiliyi kobud şəkildə pozmaq deməkdir. Ona görə Azərbaycan danışıqlarda iştirak edən bütün tərəfləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərini bu məsələlərə daha diqqətlə yanaşmağa çağırır. Biz status-kvonun dəyişdirilməsini tələb edirik.
Deputat vurğulamışdır ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbləridir. Əminik ki, son hadisələr və ümumiyyətlə, Azərbaycanın sürətli inkişafı, dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi danışıqlara mütləq öz təsirini göstərəcəkdir. Həmsədrlər də bunu çox yaxşı bilirlər və bundan nəticə çıxaracaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında