Malayziyanın sabiq Baş nazirinin xanımı Azərbaycanda ailə, qadın və uşaq problemlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişdir

Martın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycanda səfərdə olan Malayziyanın sabiq Baş nazirinin xanımı Sit Hasmah Mohamad Ali ilə görüşmüşdür.
Görüşdə komitənin sədri H.Hüseynova Azərbaycanda qadın hərəkatının tarixi və bugünkü vəziyyəti, qurumun fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, AQUPDK fəaliyyətə başladığı dövrdən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Xalqımızın milli mentalitetinə görə, ailə müqəddəs hesab edilir və ailə dəyərlərinin qorunub saxlanılması da əsas məqsədlərimizdən biridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən AQUPDK-nın sədri torpaqlarımızın bir hissəsinin təcavüzkar erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini, ev-eşiyini itirən bir milyondan çox qaçqın və məcburi köçkünün Azərbaycanda ailə, qadın və uşaq problemlərini yaradan əsas amil olduğunu diqqətə çatdırmışdır.
Xanım Sit Hasmah Mohamad Ali Azərbaycana səfərdən məmnun olduğunu bildirərək, AQUPDK-nın fəaliyyətini və ölkəmizdə ailə, qadın və uşaq problemlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Görüşdə qonağa AQUPDK-nın xüsusi medalı təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında