Nüfuzlu "La Presse" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair geniş məqalə dərc olunmuşdur

Monrealda nəşr olunan nüfuzlu "La Presse" qəzetinin 2 mart tarixli nömrəsində "Qafqazda gərginlik" sərlövhəli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilmişdir.
Ölkəmizin Kanadadakı səfirliyindən bildirmişlər ki, məqalənin müəllifi Laura Julie Perrault qədim yaşayış məskəni sayılan Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayır və son illər ərzində münaqişənin unudulduğunu bildirir.
L.Perrault Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağın beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən Azərbaycanın tarixi ərazisi olduğunu vurğulayır. Məqalədə qeyd olunur ki, əgər 1994-cü ilədək Dağlıq Qarabağın əhalisini ermənilər və azərbaycanlılar təşkil edirdilərsə, bu gün bu regionun əhalisi yalnız ermənilərdən ibarətdir. Müəllif, həmçinin Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafındakı Azərbaycanın yeddi rayonunu işğal etdiyini və bütün azərbaycanlıların Dağlıq Qarabağ da daxil olmaqla işğal edilmiş ərazilərdən qovulduğunu qeyd edir.
Məqalədə vurğulanır ki, qondarma "Dağlıq Qarabağ Respublikası" heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. Müəllif Dağlıq Qarabağın gələcək statusunu müəyyən etmək məqsədi ilə referendumun keçirilməsi məsələsinə də toxunaraq yazır ki, ermənilər yalnız "Dağlıq Qarabağ sakinlərinin referendumda" iştirak etməsini istəyir, Azərbaycan isə ümumxalq səsvermənin bütün ölkə ərazisində keçirilməsinin tərəfdarı kimi çıxış edir. Bu məsələ ilə bağlı L.Perrault keçən həftə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevdən aldığı müsahibəyə istinad edərək müstəqillik istisna olmaqla, Azərbaycanın Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət statusu verə biləcəyini xatırladır.
Məqalənin sonunda Azərbaycanın yaxın müttəfiqi qismində gündən-günə qüdrətini artan Türkiyənin çıxış etdiyi də qeyd olunur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında