Rusiya XİN nümayəndəsi: "Biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq"

"Dağlıq Qarabağ münaqişəsinin həllində tələsmək lazım deyil. Dünyada buna oxşar münaqişələr çox olub. Amma tələsərkən problem qeyri-siyasi yolla həll olunur. Əlbəttə, biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq. Amma bu problemin həllində böyük səbir lazımdır. Bunu Rusiya rəhbərliyi də dəfələrlə qeyd edib".
APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Stavropol diyarı üzrə nümayəndəsi Leonid Filimonov jurnalistlərə açıqlamasında demişdir.
L. Filimonov Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun da çalışdığını qeyd etmişdir: "Düşünürəm ki, Rusiyanın Minsk Qrupu çərçivəsində gördüyü işlər öz nəticəsini verəcək".
İran-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə suala isə XİN nümayəndəsi belə cavab vermişdir: "İran və Azərbaycan arasında son zamanlar yaranmış gərginlik səngiməlidir. Bütün dünya çalışmalıdır ki, İranda hər hansı kataklizmlər baş verməsin".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında