Sahil kollektorunda əsaslı təmir işləri aparılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekoloji tarazlığının təmin olunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər proqramının tərkib hissəsi olaraq paytaxtın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan Sahil kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlanmışdır. 
Xatırladaq ki, 1983-cü ildə istismara verilmiş kollektor Səbail rayonu ərazisində Əl Oyunları İdman Sarayından Nobel prospektindəki Zığ nasos stansiyasına qədər uzanır. Kollektor şəhərin mərkəzi hissəsində yaranan tullantı sularını toplayaraq Zığ nasos stansiyasına ötürür. Buradan isə çirkab suları nasoslar vasitəsilə Hövsan Aerasiya Stansiyasına vurulur. 9,6 kilometr uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənməyə məruz qalmışdır. Kollektorun layihə gücü sutkada 204 min kubmetr olsa da hazırda bunun yalnız 40-50 faizi səviyyəsində işləyir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hazırda kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə işləri Almaniya istehsalı olan xüsusi avadanlığın köməyi ilə insan müdaxiləsi olmadan aparılır. Kollektora yüksək təzyiqlə vurulan su çökmüş qum və lili yuyur və paralel olaraq xüsusi avadanlıq vasitəsilə sorulur. Artıq 3 səyyar qurğu vasitəsilə kollektorun 10 faizə qədər hissəsi çöküntüdən tam təmizlənmişdir. Layihəyə uyğun olaraq Sahil kollektorunda təmizləmə işləri qarşıdakı 2 ay ərzində başa çatdırılacaq.
Təsdiqlənmiş tədbirlər proqramına uyğun olaraq başlanğıcını Yasamal rayonu ərazisindən götürən Dairəvi kollektorun da təmizlənməsi nəzərdə tutulur.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında